Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

13.06.2022 15:23
  • A-
  • A
  • A+

Tarix İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib

Tarix İnstitutunda Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib

AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda 15 İyun - Milli Qurtuluş Gününə həsr olunan konfrans keçirilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, professor Kərim Şükürov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Onun sözlərinə görə, Ulu Öndər özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi ilə həmin dövrdə ölkəmizdə böhranın qarşısını alaraq Azərbaycanın parlaq gələcəyinin əsasını qoyub.

Həmçinin ölkəmizin 44 günlük Vətən müharibəsində qazandığı Qələbədən söz açan alim  Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu siyasətindən də bəhs edib.

Konfransda, o cümlədən Tarix İnstitutunun əməkdaşları çıxış edərək bu əlamətdar günlə bağlı fikirlərini bölüşüblər. Qeyd edilib ki,15 iyun Azərbaycan xalqı üçün şərəfli tarixin bayram günüdür. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəmiz uçuruma yuvarlanmaqdan qurtulub. Müstəqil Azərbaycanın tarixində dönüş nöqtəsi olmuş bu hadisə ölkə elmini, gəncliyini, gələcəyini məhv olmaqdan xilas edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: