15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb. Bu bayram münasibətilə AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova və institutun əməkdaşları Fəxri xiyabanı ziyarət edib.
Müstəqil Azərbaycanın qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsi dərin hörmət və ehtiramla yad edilib, abidəsi önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.
Akademik Zərifə Əliyeva və akademik Cəlal Əliyevin məzarları da ehtiramla yad olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.