Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

21.06.2022 14:36
  • A-
  • A
  • A+

Seysmoloji Mərkəzdə Yer elmləri seksiyasının iclası keçirilib

Seysmoloji Mərkəzdə Yer elmləri seksiyasının iclası keçirilib

İyunun 21-də AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində Yer elmləri seksiyasının mərkəzdə çalışan, 2020-2022-ci tədris ilini başa vuran magistrantların diplom işlərinin və bir doktorantın elmi məqaləsinin müzakirəsinə həsr olunmuş iclası keçirilib.

İclası RSXM-nin Yer elmləri seksiyasının rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədli açaraq tədbirin gündəliyi barədə məlumat verib.

İclasda Bakı Dövlət Universitetinin magistrantları – Gültəkin Musayeva “Azərbaycanın Şimal-Qərb hissəsinin seysmikliyi (Şəki-Zaqatala zonası) onun seysmoproqnostik sahələrdə əksi” (rəhbər: prof.Q.C.Yetirmişli), Aytac Alıyeva “Muradxanlı və Zərdab sahələrinin seysmoloji şəraiti və maqnitometrik tədqiqatlarla strukturların tektonik quruluşunun dəqiqləşdirilməsi” (rəhbər: g-m.e.d H.Ö.Vəliyev), Əli Əlizadə “Ceyrançöl alçaqdağlıq zonasında içmək və məişətdə istifadəyə yararlı yeraltı suların axtarışında elektrik kəşfiyyat kompleksinin rolu” (rəhbər: g-m.e.n. M.Mahmudova) mövzularında diplom işlərini və doktorant Almaz İsmayılova “Böyük Qafqazın və Orta Kür depressiyasının qovuşma zonasında qravimaqnitometrik tədqiqatlar” (rəhbər: prof. Q.C.Yetirmişli) mövzusunda məruzəsini təqdim ediblər.

Təqdimatlardan sonra məruzələr ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: