Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı çapdan çıxıb
21.06.2022 15:35
  • A-
  • A
  • A+

Professor Məmməd Əliyevin “Böyük yolun davamı” kitabı çapdan çıxıb

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyevin “Böyük yolun davamı” (II kitab) kitabı işıq üzü görüb.

Kitabın elmi redaktoru akademik İsa Həbibbəyli, “Böyük yolun davamı” (II kitab) toplusu ədəbiyyatşünaslıq müstəvisində” adlı “Ön söz”ün müəllifi filologiya elmləri doktoru Salidə Şərifova, rəyçiləri filologiya elmləri doktorları, professorlar Əsgər Rəsulov və Sənan İbrahimov, məsul redaktoru filologiya elmləri doktoru, dosent Qurban Bayramov, redaktoru isə elmi işçi Sima Şəfizadədir.

“Böyük yolun davamı” (II kitab) (Türk xalqlarına dair araşdırmalar) kitabında müəllifin 1970-1980-ci illərdə və son dövrlərdə çap olunmuş məqalələri toplanıb. Kitabdakı bir çox məqalələr tarixi-ədəbi faktlar əsasında işlənib və ədəbiyyat tarixçiliyimiz üçün yenidir.

Kitabda dünyasını vaxtsız dəyişmiş N.Əliyevanın bir neçə məqaləsi “Gələcəyə ümidlə” başlığı ilə çap olunub.

Müəllifin 1970-1980-ci illər mətbuatımızda çap olunmuş bir neçə məqaləsi “Keçmişlərdən gələn yazı” başlığı ilə kitabın ikinci fəslində verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: