AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya və Landşaftşünaslıq şöbələrinin əməkdaşları tərəfindən Balakən rayonundakı Balakənçayın Mahamalar kəndi ərazisində ekoloji və geoloji monitorinq aparılıb.
Monitorinq zamanı Balakənçayın məcrasında 2021-ci ilin sentyabrında baş vermiş sel və daşqın hadisəsindən sonra gətirmə səviyyəsinin öyrənilməsi üçün ölçü işləri yerinə yetirilib, torpaq və bitki örtüyü müayinə olunub. Bu istiqamətdə yerinə yetirilən tədqiqat işləri gələcəkdə regionda baş verə biləcək təbii dağıdıcı proseslərin, o cümlədən sel hadisələrinin proqnozlaşdırılması və qarşısının alınması istiqamətində tədbirlərin həyata keçirilməsi baxımından əhəmiyyətlidir.