Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

23.06.2022 12:45
  • A-
  • A
  • A+

Botanika İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Botanika İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Botanika İnstitutunun Mikologiya şöbəsinin müdiri, b.e.d., dos. Dilzarə Ağayeva, və əməkdaşları, kiçik elmi işçilər Elgün Mustafabəyli, Aytac Əliməmmədova, böyük laborantlar Aygün Bağırova və Elnarə İsgəndərli Yardımlı rayonunda ekspedisiyada olublar.

Ekspedisiyada olduqları müddətdə Komani, Çəçəkli yaylası, Peştəsər, Nisəqala, Qaraqaya, Ləpəy kəndləri ərazisindən həm mikro, həm də makromiset nümunələri toplayıblar. “Qırmızı kitab”ın növbəti 3-cü cildi üçün nəzərdə tutulan növlər üzrə də axtarış aparılıb və iki növün bitmə yeri, GPS koordinatları, vəziyyəti və təhlükələri dəqiqləşdirilib. Ümumilikdə 20 növədək makromiset nümunəsi toplanıb, 14-ü növ, 6-sı isə cins səviyyəsinədək təyin edilib.

Həmçinin ağac bitkilərindən Fagus, Quercus, Fraxinus, Platanus, kol bitkilərindən Rosa, Rubus və ot bitkilərindən Crepis, Lapsana communis, Sonchus oleraceus, Lathyrus, Polygonum, Rumex, Myosotis Plantago və s. üzərində mikromiset nümunələri toplanıb və sahib bitkiyə nəzərən ilkin təyinat aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: