Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.06.2022 14:53
  • A-
  • A
  • A+

Monpelye Universitetinin doktorantı Geologiya və Geofizika İnstitutunun seminarında çıxış edib

Monpelye Universitetinin doktorantı Geologiya və Geofizika İnstitutunun seminarında çıxış edib

AMEA-nın Geologiya və Geofizika İnstitutunda gənc alim və mütəxəssislərin elmi seminarı keçirilib.

Seminarda AMEA-nın Yer Elmləri Bölməsinə daxil olan müəssisələrin gənc alim və mütəxəssisləri, eləcə də xarici qonaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə Geologiya və Geofizika İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının (GAMŞ) sədri Fatma Süleymanova açaraq Fransanın Monpelye Universitetinin doktorantı Lukas Dugerdilin “Paleoiqlim haqqında anlayışımızı necə təkmilləşdirə bilərik? Avrasiyanın quraq torpaqlarının Son Holosen dövrünün nümunəsi” mövzusunda məruzə edəcəyini bildirib və qonağı seminar iştirakçılarına təqdim edib.

Sonra çıxış edən Lukas Dugerdil məruzəsində dəqiq kəmiyyət rekonstruksiyalarını təmin etmək üçün tələb olunan kalibrləmə prosesinə xüsusi diqqət yetirilməklə, kontinental göl çöküntü nüvələrində (üzvi geokimya, polen və XRF) qeydə alınmış bəzi paleoklimat rekonstruksiya proksiləri təqdim edib. Həmçinin Ayraq gölünün nüvəsinə əsaslanan Son Holosen Monqolustan paleoklimatı Azərbaycan göllərinin çöküntülərinin tədqiqinin ilkin nəticələri haqqında danışıb.

Gənc mütəxəssis daha sonra çoxsaylı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: