Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2022 15:00
  • A-
  • A
  • A+

Şərqşünas alimin məqaləsi Türkiyənin 70-dən artıq sayt və qəzetində yayımlanıb

Şərqşünas alimin məqaləsi Türkiyənin 70-dən artıq sayt və qəzetində yayımlanıb

AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Sübhan Talıblının 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə yazdığı “Azerbaycan ordusunun tarihinə bir bakış” adlı məqaləsi Türkiyənin 70-dən artıq sayt, qəzet və informasiya agentliklərində nəşr olunub. Bu sırada turknewsgazetesi.com, 1453kralmedya.com, ekonomikgazete.com, efsanegazete.com, yeniekipgazetesi.com, sunucugazetesi.com, globalgazetesi.com, gorevgazetesi.com, orduhakimiyet.com və s.-ni qeyd etmək olar.

Məqalədə Sübhan Talıblı Azərbaycan ordusunun qəhrəmanlıq, mübarizlik və döyüş təcrübəsi ənənələrinin çox qədim və zəngin bir tarixinə nəzər salaraq Azərbaycan tarixində Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər, Əfşarlar və Qacarlar dövlətlərinin ordu quruculuğu və apardıqları döyüş tarixlərinin hərb tariximizin şanlı səhifələri olduğunu bildirib. Bundan başqa S.Talıblı Azərbaycan ordusunun AXC, II Dünya müharibəsi, Sovet, I Qarabağ müharibəsi (1988-1994) və müstəqillik dövründəki fəaliyyəti haqda ətraflı məlumat verib. Məqalədə əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş ordu quruculuğu siyasəti, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf etdirilən Azərbaycan ordusunun strukturu, hərbi təhsil, ordumuzun beynəlxalq əlaqələri, ordumuzun beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı, ordu quruculuğu sahəsində də uğurla həyata keçirilən siyasət nəticəsində Azərbaycan ordusunun bu gün həm bölgədə, həm də dünyada inkişaf etmiş ordular sırasında özünə layiqli yer tutması və s. məsələlər haqda məlumatlar öz əksini tapıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: