Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

24.06.2022 15:57
  • A-
  • A
  • A+

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları ekspedisiyada olublar

AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əməkdaşları “Kür çayının sağ sahili boyu Baş Mil-Qarabağ, Baş Mil-Muğan kollektorlarının və təsir zonasının kompleks tədqiqi” mövzusunda yaradılmış ekspedisiyanın davamı olaraq, həmin ərazilərdə tədqiqatlar aparıblar.

Ekspedisiyanın məqsədi ölkədə su itkilərinin qarşısını almaqla sudan səmərəli istifadə üsulların tətbiqinin elmi əsasını işləməkdir. Ekspedisiya çərçivəsində kollektorlarda su səviyyəsinin 3 metrdən az olan ərazilərdə torpaqların şorlaşmasının təsirini öyrənməklə bərabər, onlarda axan suların minerallaşması da öyrənilməkdədir.

İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, baş menecer Ərşad Cəlilov, elmi katib, a.ü.f.d Sultan Hüseynova və baş aqromeliorator Mürsəl Məmmədov ekspedisiyanın gedişini yoxlamaq məqsədi ilə həmin ərazilərdə olub, işlərin gedişini yaxından izləyərək, tədqiqat aparan alimlərlə görüşüb, ekspedisiya üzvlərinə metodiki məsləhətlər veriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: