Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap olunub
28.06.2022 09:25
  • A-
  • A
  • A+

Azərbaycanlı alimlərin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda çap olunub

COVID-19 pandemiyası dövründə iltihabı bağırsaq xəstəlikləri ilə əlaqədar Qara Dəniz ölkələrinin təcrübəsini əks etdirən məqalə impakt faktorlu “Gastroenterology” jurnalında nəşr olunub.

Bu çoxmərkəzli tədqiqatda Azərbaycan Tibb Universitetinin I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü  Nuru Bayramovla yanaşı, ölkəmizin digər həkimləri də aktiv iştirak ediblər.

N.Bayramov ölkəmizin həkim və alimlərinin bu kimi beynəlxalq elmi tədqiqatlarda önə çıxmalarını əlamətdar hadisə kimi qiymətləndirib.

Qeyd edək ki, jurnalın impakt faktoru 1.852-yə bərabərdir.

Məqalə ilə buradan tanış olmaq mümkündür.

aztibb.az

  • Paylaş: