Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Lənkəran Regional Elmi Mərkəzinin direktorunun məqaləsi Macarıstan jurnalında nəşr olunub
28.06.2022 16:54
  • A-
  • A
  • A+

Lənkəran Regional Elmi Mərkəzinin direktorunun məqaləsi Macarıstan jurnalında nəşr olunub

Macarıstanın Debrecen Universitetinin Kənd Təsərrüfatı və Qida Elmləri və Ətraf Mühitin İdarə Edilməsi fakültəsinin “ACTA AGRARIA DEBRECENIENSIS” araşdırma jurnalının 1-ci nömrəsində AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru, professor Fərman Quliyev və  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun dissertantı Lalə Hüseynovanın “Azərbaycanın cənub bölgəsi şəraitində bakterial xərçəngin limon kollarında yayılması və zərəri” adlı məqaləsi dərc olunub.

Məqalədə sitrus bitkilərinin orta yetişən limon sortlarında (Citrus limon L) bakterial xərçənginin yayılması və zərərliliyinə dair iki illik çöl və laboratoriya tədqiqatlarının nəticələri ümumiləşdirilərək təqdim olunur.

2020-2021-ci illərdə aparılmış eksperimental sahə tədqiqatı zamanı müəyyən edilib ki, bakterial xərçəngə (Xanthomonas citri (Hasse) Dowson.) əsasən limon kollarında (Citrus limon L.) rast gəlinir. Xərçəngdən həm də kinkan (Fortunella margarita (Lour) Swingle.), poncirus (Poncirus (L.) Raf.), laym (Cirtus aurantiifolia (Christm.) Swingle.) zərər görür, portağal və sitronun yapon sortları bu xəstəliyə əhəmiyyətli dözümlülüyü ilə seçilir. Xəstəliyə ən davamlısı naringilərdir. Demək olar ki, onlar bakterial xərçəngdən ziyan görmürlər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: