Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.06.2022 09:30
  • A-
  • A
  • A+

Elm Tarixi İnstitutu və Rusiyanın Tümen Dövlət Universiteti arasında müqavilə imzalanıb

Elm Tarixi İnstitutu və Rusiyanın Tümen Dövlət Universiteti arasında müqavilə imzalanıb

Rusiyanın Tümen Dövlət Universitetinin Ətraf Mühit və Sosial Tədqiqatlar Məktəbinin direktoru, tarix üzrə fəlsəfə doktoru Aleksandr Sorokin Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun (ETI)  qonağı olub.

Görüşdə Tümen Dövlət Universitetinin profili, fəaliyyəti, tədqiqat istiqamətləri, görülmüş işlər haqda danışan Aleksandr Sorokin, eyni zamanda təmsil etdiyi elmi müəssisənin Elm Tarixi İnstitutu ilə əməkdaşlıq barədə istəklərini də ifadə edib.  

Elm Tarixi İnstitutunun baş direktoru, tarix elmlər doktoru, professor Məryəm Seyidbəyli ətraflı məlumata və işgüzar təklifə görə A.Sorokinə təşəkkürünü bildirib və öz növbəsində ETİ-nin fəaliyyət istiqamətləri, elmi tədqiqatları, beynəlxalq əlaqələri və bu səpkidə gerçəkləşdirdiyi layihələrdən danışıb. Elm Tarixi İnstitutunun beynəlxalq əlaqələr istiqamətində uğurlu təcrübəyə malik olduğunu bildirən M.Seyidbəyli elmi müəssisələr arasında arzuolunan əməkdaşlığın ölkələrarası elmi-mədəni əlaqələrin inkişafına xüsusi töhfələr verə biləcəyini qeyd edib.

Görüşün yekununda Elm Tarixi İnstitutu və Tümen Dövlət Universiteti arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Müqavilə çərçivəsində iki elmi müəssisə arasında  tarix, antropologiya, texnologiya, sosiologiya, ekologiya, humanitar və digər qarşılıqlı maraq kəsb edən sahələr üzrə birgə tədqiqatların aparılması, təcrübə mübadiləsi, layihə və proqramların həyata keçirilməsi nəzərdə tutulur. Sənəddə, həmçinin tərəflər arasında elmi-praktik tədbirlərin, konfransların, seminarların, dəyirmi masaların təşkili və keçirilməsi məsələləri də əks olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: