Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.06.2022 15:40
  • A-
  • A
  • A+

Professor Kərim Şükürovun müəllifi olduğu nəşr Bişkekdə keçirilən “Kitab sənəti” müsabiqəsinin qalibi olub

Professor Kərim Şükürovun müəllifi olduğu nəşr Bişkekdə keçirilən “Kitab sənəti” müsabiqəsinin qalibi olub

Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin təşkilatçılığı ilə hər il keçirilən “Kitab sənəti” adlı beynəlxalq kitab müsabiqəsi növbəti dəfə 24-26 iyun 2022-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində baş tutub.

Ölkəmizi sözügedən müsabiqədə Mədəniyyət Nazirliyinin Kitab Sənayesi şöbəsinin baş məsləhətçisi, eyni zamanda MDB İcraiyyə Komitəsinin Azərbaycandakı sədri İslam Hüseynov təmsil edib.

Müsabiqədə Azərbaycan, Rusiya, Qazaxıstan, Qırğızıstan, Belarus, Özbəkistan və digər ölkələrdən 67 adda kitab müxtəlif nominasiyalar üzrə mükafat üçün təqdim olunub.

Daha sonra açıq səsvermə yolu ilə hər nominasiya üzrə qalib kitabların seçimi başlanıb. Hər bir ölkənin nəşr məhsulları haqqında ətraflı məlumat iştirakçı ölkələrin nümayəndələrinə təqdim edilib və münsiflər hər bir nəşrlə bağlı müzakirələr aparıblar.

Müsabiqədə “Elm və təhsil” nominasiyası üzrə I yerin qalibi “Azərbaycan beynəlxalq münasibətlər sistemində 1648-1991. Sənədlər və materiallar” (Bakı: “Elm”, 2020) adlı kitabı ilə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru,  tarix elmləri doktoru, professor Kərim Şükürov olub.

Qeyd edək ki, “Kitab sənəti” müsabiqəsinin mükafatları ənənəvi olaraq sentyabr ayında Moskvada keçiriləcək beynəlxalq kitab sərgi-yarmarkasında təqdim olunacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: