AMEA-nın Elm Tarixi İnstitutunun Elmşünaslıq və elmin sosial problemləri şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışınski və İnformasiya və nəşriyyat şöbəsinin müdiri, İnstitutun Həmkarlar ittifaqı komitəsinin sədri Aynur Nəzərova Azərbaycan Respublikası Prezident Administrasiyası və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə işğaldan azad olunmuş tarixi Şuşa şəhərinə baş tutan səfərdə iştirak ediblər.
Dövlət xadimləri, elm adamları, ictimai-siyasi xadimlər, mədəniyyət işçilərinin iştirak etdiyi səfər proqramında Müzəffər Ordumuzun böyük qəhrəmanlığı, Ali Baş Komandanın sərkərdə səriştəsi və xalqımızın birliyi nəticəsində Azərbaycanın incisi Şuşanın işğaldan azad edilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın qədim yurd yerlərində törətdiyi vəhşiliklər və cinayətlər barədə müzakirələr aparılıb.
Səfər çərçivəsində Cıdır düzü, Qala divarları, Gəncə qapısı, Molla Pənah Vaqifin türbəsi, Xalq artisti Bülbülün ev muzeyi və bir sıra tarixi-mədəni abidələr, həmçinin Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib. Yol boyunca işğaldan azad edilmiş ərazilərdə erməni vəhşiliyinin qurbanı olan kəndlər, dağıdılmış məzarlıqlar kadra alınıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.