Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.07.2022 10:01
  • A-
  • A
  • A+

Qazaxıstanlı tədqiqatçılar Əlyazmalar İnstitutunda elmi ezamiyyətdədirlər

Qazaxıstanlı tədqiqatçılar Əlyazmalar İnstitutunda elmi ezamiyyətdədirlər

Qazaxıstanın Almatı şəhərində yerləşən Muxtar Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunun elmi işçiləri Jannat Saltakova və Nəsihət Mürsəlimova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi ezamiyyətə gəliblər.

Qonaqları institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə qarşılayıb və onlara əlyazmaların toplanması, onların mühafizəsi və bərpası, institut kitabxanasının fəaliyyət istiqaməti barədə geniş məlumat verib.

Daha sonra qonaqlar institutun Ekspozisiya zalında nümayiş olunan qədim əlyazmalarla tanış olublar.

Jannat Saltakova və Nəsihət Mürsəlimova 3 iyul tarixinədək Əlyazmalar İnstitutunda elmi ezamiyyətdə olacaqları müddətdə “Qazaxıstanın əlyazma irsi millətin “Ruhi dirçəlişi”nin paradiqması kimi: əlyazmaların toplanması, mühafizəsi, sistemləşdirilməsi, elektron kataloqun yaradılması, araşdırılması və nəşri” mövzusunda tədqiqat işi üçün material toplamaq istədiklərini bildiriblər. Bu məqsədlə qonaqlara institutun fondunda qorunan arxeoqrafik sənədlər üzərində tədqiqat işləri aparmaq üçün müvafiq şərait yaradılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: