Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

01.07.2022 15:14
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşları YUNESKO-nun təlim proqramının sertifikatları ilə təltif olunublar

Əlyazmalar İnstitutunun əməkdaşları YUNESKO-nun təlim proqramının sertifikatları ilə təltif olunublar

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşları YUNESKO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda təlim proqramında iştirak ediblər.

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadənin rəhbərliyi ilə həyata keçirilən proqramda institutun Beynəlxalq elmi-mədəni əlaqələr şöbəsinin elmi işçisi Əsmər Hümbətli və Təchizat və xidmət şöbəsinin mütəxəssisi Səbinə Quliyeva İrs İdarəetməsinin effektivliyi və qiymətləndirilməsi, Dünya irsi əraziləri, onların özünəməxsus atributları və tələblərə uyğunluqları, interaktiv metodlarla mədəni irsin müxtəlifliyinin təbliği, qoruq ərazisində milli irs nümunələri, idarəetmə təcrübəsi, menecment, konservasiya, urban regenerasiya və risk menecment planlarının hazırlanması və işləməsi mərhələləri haqqında biliklərə yiyələniblər.

Əlyazmalar İnstitutunun əməkdaşları dörd günlük təlim kursunu uğurla bitirdiklərinə görə sertifikatla təltif olunublar.

Qeyd edək ki, təlim Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə baş tutub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: