Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Ağacoyma xəttatlığı örnəkləri” kitabı çapdan çıxıb
05.07.2022 09:32
  • A-
  • A
  • A+

“Ağacoyma xəttatlığı örnəkləri” kitabı çapdan çıxıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, Əməkdar mədəniyyət işçisi Seyfəddin Mənsimoğlunun “Ağacoyma xəttatlığı örnəkləri” kitabı işıq üzü görüb.

Nəşrdə Azərbaycan ağacoyma xəttatlığı sənətini bədii ağacoyma xəttatlığı səviyyəsinə çatdırmış görkəmli rəssam Seyfəddin Mənsimoğlunun həyat və yaradıcılığını özündə əks etdirən məqalələr yer alıb.

Qeyd edək ki, geniş oxucu kütləsi üçün nəzərdə tutulan sözügedən vəsaitin “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, rəyçisi Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru, akademik Teymur Kərimli, redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Ziyadxan Əliyevdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: