Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

05.07.2022 14:22
  • A-
  • A
  • A+

Tarix Muzeyində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə məxsus şeşpər sərgilənir

Tarix Muzeyində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə məxsus şeşpər sərgilənir

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası Azərbaycanın zəngin tarixi keçmişi, şanlı hərb tariximizi əks etdirən materiallarla zəngindir. Bu materiallar arasında XVIII-XIX əsrin birinci rübündə Azərbaycan xanlarının hakimiyyət rəmzləri də (şəxsi ştandart, tuğ, buncuq, şeşpər, toppuz) yer alır. Təqdim olunmuş şeşpər Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1763 –1806)  hakimiyyət rəmzi hesab olunub.

Sözügedən şeşpər 1806-cı ildə İbrahimxəlil xanın qətli zamanı rus qoşunları tərəfindən ələ keçirilib. 1913-1917-ci illərdə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyində nümayiş olunub, 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud bəy Şərifov tərəfindən Azərbaycana qaytarılıb. Poladdan olan şeşpər bütövlükdə qızıl işləmələrlə, nəbati ornamentlərlə bəzədilib.

Muzeyin Silahlar və Bayraqlar fondunda mühafizə edilən şeşpər hazırda Qarabağ, xüsusilə Şuşa şəhərinin tarixinə dair sərgidə ziyarətçilər üçün nümayiş olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: