Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

07.07.2022 09:28
  • A-
  • A
  • A+

Qurban bayramı münasibətilə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına bayram sovqatları paylanılıb

Qurban bayramı münasibətilə Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşlarına bayram sovqatları paylanılıb

AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda çalışan əməkdaşların, sosial rifahının yaxşılaşdırılması üçün davamlı olaraq tədbirlər həyata keçirilir. Müsəlman dünyasının müqəddəs bayramlarından olan Qurban bayramı ərəfəsində institutun Həmkarlar Təşkilatı tərəfindən sözügedən müəssisənin bir sıra əməkdaşlarına bayram sovqatları paylanılıb.

İnstitutun Həmkarlar Komitəsinin sədri, dosent İ.Mirzəzadə əməkdaşlara sovqat paylarını təqdim edərək, müqəddəs Qurban bayramı münasibəti ilə  təbrik edib, hər kəsə sevdikləriylə birgə sağlam və rifah dolu həyat arzulayıb. Qeyd edib ki, İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramı bütün müsəlman ölkələrində təmtəraqla qeyd olunur. Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” Qanununa əsasən Qurban bayramı Azərbaycanda da dövlət səviyyəsində bayram edilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: