AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, professor Abbas Seyidov Şamaxı rayonu ərazisində yerləşən bir neçə abidənin bugünkü durumu ilə tanış olub.
Şamaxı - Buğurd qalası - Gülüstan qalası arxeoloji ekspedisiyasının rəhbəri, dosent Akif Quliyev gələcək tədqiqatların istiqaməti və əhəmiyyəti haqqında məlumat verib.
Alimlər əvvəl Pirsaat kurqanları yerləşən əraziyə baxış keçiriblər. Sonra Gülüstan qalasında olublar. Son dayanacaq isə orta əsr Şamaxı şəhərinin qala qapısı və divarlarının qalıqları olub. Burada gələcək tədqiqat işlərinin hansı sahələrdə aparılmasına dair fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.