AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, tarix elmləri doktoru, professor Abbas Seyidov İmişli rayonu ərazisində yerləşən, Dəmir dövrünə aid “Yeddi təpə” kurqanlar kompleksində t.ü.f.d., dosent Zaur Həsənovun rəhbərliyi ilə kurqanlardan birində aparılan arxeoloji qazıntı işləri ilə tanış olub.
Z.Həsənov bildirib ki, bu kurqan çölündə bir-birinin yanında 30-dan artıq kurqan var. Bizim tədqiq etdiyimiz kurqanın diametri 28, hündürlüyü 2 metrə yaxın olub. Ümidvarıq ki, qazıntı işlərini uğurla başa çatdıracağıq.
Baş direktor ekspedisiya üzvlərinə uğurlar arzulayıb və lazımi tapşırıqlar verib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.