Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

04.06.2015 04:57
  • A-
  • A
  • A+

Botanika İnstitutunda biomüxtəliflik və iqlim dəyişmələri istiqamətində tədqiqatlar aparılıb

Botanika İnstitutunda biomüxtəliflik və iqlim dəyişmələri istiqamətində tədqiqatlar aparılıb

AMEA Botanika İnstitutunun və Frankfurt Universiteti (Almaniya) Ekologiya, Evalyusiya və Biomüxtəliflik İnstitutunun birgə yaratdığı “Biomüxtəliflik və İqlim Dəyişmələri Beynəlxalq  laboratoriyası”nın elmi-tədqiqat proqramı üzrə nəzərdə tutulan fəaliyyətinə Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadənin rəhbərliyi ilə start verilib.

Son dörd ay ərzində sözügedən layihə çərçivəsində aqrar elmlər üzrə fəlsəfə doktoru Əmrah Məmmədov tərəfindən “Evalyusiya və İqlim”, “Biomüxtəliflik dinamikası və İqlim”, ”Adaptasiya və İqlim”, ”Ekosistem fəaliyyəti və İqlim”, ”2100-cü ilədək qlobal biomüxtəliflik ssenarisi”, ”İqlim dəyişikliyinin biomüxtəlifliyə birbaşa və dolayı yolla təsiri”, ”Torpaq, otlaq və meşə ekosistemlərinin iqlim dəyişikliyinə həssaslığı”, ”İqlim dəyişikliyi və biomüxtəliflik üzrə istifadə edilən modellər, cihazlar və avadanlıqlar” mövzuları üzrə seminarlar təşkil edilib. Seminarlarda gənc tədqiqatçılar fəal iştirak ediblər.

Müştərək beynəlxalq laboratoriyanın fəaliyyətinə uyğun olaraq tədqiqat aparılacaq ərazilərdə (İsmayıllı, Qax və s.) monitorinqlərin keçirilməsi, mövzunun elmi-tədqiqat istiqamətləri üzrə araşdırılması və digər təşkilatlarla əlaqələrin genişləndirilməsinə başlanılıb. Bu məqsədlə  beynəlxalq layihənin iştirakçıları  Əmrah Məmmədov, Xatirə Qasımova, Aynurə Cəfərova və Jalə Dənziyeva Lahıc qəsəbəsi ətrafında otlaq və meşə ekosistemində müəyyən müşahidələrin aparılması üçün İsmayıllı rayonuna ezam olunublar. Ezamiyyət Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) üzrə və ”Cənubi Qafqaz landşaftında meşə və torpaqların davamlı idarə edilməsi"  və “Clima East Pilot" kimi iqlim dəyişməsi ilə bağlı iki beynəlxalq layihə çərçivəsində həyata keçirilib. Əməkdaşlar ”Meşə örtüyündə və otlaqlarda karbonun udulması və hesablanması” və ”İstifadə edilən beynəlxalq metodlar və texnologiyalar” mövzusunda keçirilən seminarlarda fəal  iştirak edərək ətraf mühitin davamlı idarə potensialının qurulmasına və biomüxtəlifliyin qorunmasına yönəldilən meşə idarəetməsi, otlaqların monitorinqi, inventarlaşdırılması və digər məsələlər üzrə müəyyən praktiki təcrübəyə yiyələniblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir

  • Paylaş: