Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

20.07.2022 14:03
  • A-
  • A
  • A+

Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib

Azərbaycanda ilk dəfə “Urdu-Azərbaycan poeziya və mədəniyyət gecəsi” keçirilib

Bakıda İnter Continental oteldə “Urdu Daily Jadid Post” qəzetinin baş redaktoru, Qlobal Mədəniyyət Federasiyasının baş katibi və “Konfransların təşkili və tədbirlərin idarə edilməsi” təşkilatının icraçı direktoru, Dubayda yaşayan bloqqer Tariq Feyzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə urdu və Azərbaycan şairlərinin iştirakı ilə “Urdu-Azərbaycan beynəlxalq poeziya və mədəniyyət gecəsi” keçirilib.

Gecədə Pakistan, Hindistan və Dubaydan olan urdu dilli şairlərlə yanaşı, azərbaycanlı şairlər də iştirak edib, həm urdu, həm də Azərbaycan dilində şeirlər səsləndiriblər. Pakistandan Babar Nasim Assi, Dr. Saima İram, Hammad Niyazi, Hindistandan Zübeyir Ansari, Dubaydan İrfan İzhar, Azərbaycandan isə Azadə Novruzova, Aysel Fikrət, Müşfiqə Baləddin və Əkbər Türbəndeyev iştirak edərək öz şeirlərini təqdim ediblər.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli, professor Qəzənfər Paşayev, Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, professor Bədirxan Əhmədov və Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin urdu dili müəllimi Eldost İbrahimov fəxri qonaq kimi iştirak ediblər.

Sonda sufi rəqsləri və urdu dilində mahnılar təqdim olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: