Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2025 10:45
  • A-
  • A
  • A+

Dilçilik İnstitutunun əməkdaşları Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

Dilçilik İnstitutunun əməkdaşları Özbəkistanda beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin aparıcı elmi işçiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Bəylərova və filologiya üzrə fəlsəfə doktoru, dosent Türkan Əsgərova Özbəkistan Respublikası Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyi və Fərqanə Dövlət Universitetinin Dilçilik kafedrası tərəfindən təşkil olunmuş “Türk filologiyası məsələləri” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak ediblər.

Konfransda dosent Aytən Bəylərova “Azerbaycan türkçesinde ulusal kültürel yan anlamı (konotasyonu) olan deyimsel birimler”, dosent Türkan Əsgərova isə “XIII-XVI yüzyıl Azerbaycan edebi dilinde sözlüksel-anlamsal kelime gruplarında çokanlamlı birimlerin üslup özellikleri” mövzusunda elmi məruzələrlə çıxış ediblər.

Tədbir Fərqanə Dövlət Universitetinin Filologiya fakültəsində beynəlxalq elmi tələblərə uyğun şəkildə təşkil olunub. Tədbirdə Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Hindistanı təmsil edən professor və müəllim heyəti aktual elmi məsələlərə dair məruzələrlə çıxış edib.

Konfrans çərçivəsində Dilçilik İnstitutunun alimləri dərslərdə iştirak edib, tələbələrin suallarını cavablandırıb, Nəsimi adına Dilçilik İnstitutunun fəaliyyəti barədə məlumat verib və institut tərəfindən hədiyyə olunmuş kitabları Fərqanə Dövlət Universitetinin kitabxanasına təqdim ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: