Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2025 10:09
  • A-
  • A
  • A+

Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib

Əlyazmalar İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda məruzə edib

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Leyla Kərimova Xəzər Universitetində “Ortaq türk mədəniyyəti: Oğuz türkmənlərin dünəni, bu günü, gələcəyi” mövzusunda keçirilmiş beynəlxalq elmi simpoziumda çıxış edib.

Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinin, Xəzər, Bağdad və Nəvai Dövlət Mədən və Texnologiya Universitetlərinin, Türkmənistan Milli Elmlər Akademiyası və Azərbaycan Milli Elmlər Akademiyası institutlarının professor və nümayəndə heyətinin iştirak etdiyi simpozimda L.Kərimova “Əta Tərzibaşı türkman ədəbiyyatının görkəmli tədqiqatçısı kimi” mövzusunda məruzə edib.

Simpoziumda, həmçinin Türkiyə, Gürcüstan, Avstriya, Polşa, Niderland və bir sıra ölkələrdən alim və mütəxəssislərin məruzələri dinlənilib. Tədbir çərçivəsində iştirakçılara Xəzər Universiteti Musiqi və İncəsənət Departamenti əməkdaşlarının bədii yaradıcılığı təqdim olunub. Sonda çıxışçılar təşkilatçı qurumun “Təşəkkürnamə”si ilə təltif olunublar, xatirə fotosu çəkilib.

Qeyd edək ki, beynəlxalq simpozium Xəzər Universitetinin təşkilatçılığı ilə həyata keçirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: