Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda Azərbaycan sazının fəlsəfəsindən bəhs edib
01.08.2022 14:24
  • A-
  • A
  • A+

Folklor İnstitutunun əməkdaşı beynəlxalq simpoziumda Azərbaycan sazının fəlsəfəsindən bəhs edib

Folklor İnstitunun əməkdaşı, f.ü.f.d. Elçin Qaliboğlu Türkiyənin Kapadokya Universitetində keçirilən “Aşıq sənəti” simpoziumunda “Azərbaycan sazının fəlsəfəsi” mövzusunda onlayn çıxış edib.

Bildirib ki, aşıq sənəti türk ulusunun musiqidə özünəməxsusluğunun ifadəsi olub, dünyaya, həyata, təbiətə, insana ardıcıl, bənzərsiz yaradıcı münasibətini göstərir. Azərbaycan aşıq sənətində türk ulusunun musiqi ruhu bütün incəlikləri ilə ifadə olunur. Burada türk xarakterinin iki əsas cəhəti döyüşkənlik və zəriflik özünü göstərir. Azərbaycan sazı Azərbaycan türkünün xarakterini, qədimdən gələn, sabaha yol alan möhtəşəm ruhunu ifadə edir. Burada ümumən türk millətinin xarakterinin ifadəsi var. Bu yenilməz hal bəşəriliyi tam təsdiq edir. Təbiidir ki, milli olmayan bəşəri ola bilməz.

Məqalədə Azərbaycan aşıq sənətinin mahiyyəti milli ruhun ölçüsündə araşdırılıb, Azərbaycanın məşhur aşıq havacatlarının fəlsəfi ruhu təqdim edilib. Azərbaycan aşıq sənətinin mayasında Azərbaycan türk dəyərləri durur. Milli dəyər ulusun əxlaqi, idraki-bədii yaradıcılığının ifadəsidir, yaşamının, mədəniyyətinin bütün sahələri haqqında sistemli fikirlərin məcmuyu, mahiyyətidir. Azərbaycanın milli dəyərləri Azərbaycanın özünəməxsus tarixi, milli duyumu, bəşəri siqləti ilə sıx şəkildə bağlıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: