Yüksək Texnologiyalar Parkı ilə STEPİ arasında icra edilən layihə çərçivəsində növbəti onlayn mühazirə dinlənilib.
Gwangju Elm və Texnologiya İnstitutunun (GIST) professoru Lak-Kyoung Sonqun təqdimatında “Universitet və Laboratoriya Startapı (İnkubasiya)” adlı mühazirə Koreya univesitetlərində startap prosesləri, o cümlədən texnologiyaların kommersiyalaşdırılması, əqli mülkiyyət məsələləri və bu sahədə aktual olan digər mövzulara həsr edilib.
Qeyd edək ki, professor Lak-Kyoung Sonq 2005-2008-ci illərdə Daedeok Innopolis Fondunun (www.ddinnopolis.or.kr) icraçı direktoru olub və burada tədqiqat və inkişaf laboratoriyasının startap proqramı və İnnopolis Yüksək Texnologiyalar Fondu kimi texnoloji kommersiya infrastrukturu yaradıb. O, 2009-cu ildən başlayaraq 12 il ərzində Koreyanın ən məşhur elmi mərkəzi olan KAIST-də (Korea Advanced Institute of Science & Technology) sahibkarlıq fəaliyyəti göstərən professor kimi çalışıb.
Mühazirə zamanı Koreyadakı startap proqramlarından bəhs edilib, iştirakçıların sualları cavablandırılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.