Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Coğrafiyaçı alim İctimai Televiziyanın “Səhər” proqramının qonağı olub
15.08.2022 14:52
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim İctimai Televiziyanın “Səhər” proqramının qonağı olub

Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ənvər Əliyev İctimai Televiziyanın “Səhər” proqramının qonağı olub.  

Ənvər Əliyev sözügedən verilişdə Xəzər dənizinin ekologiyası məsələlərinə toxunub. O qeyd edib ki, 2006-cı ildən qüvvəyə minmiş və BMT-nin Ətraf Mühit Proqramının dəstəyi ilə Xəzəryanı dövlətlərin mütəxəssisləri tərəfindən hazırlanmış “Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası”na görə Xəzərətrafı ərazilərin dövlətləri Xəzər dənizinin təmizliyi və ətraf mühitinin mühafizəsi üçün məsuliyyət daşıyırlar. Azərbaycan dövləti bu baxımdan müəyyən tədbirlər görür, ərazinin və dənizin təmizliyi üçün müvafiq qanunlar tətbiq edir, sahilboyu zonada təmizlik aksiyaları keçirir. Əhalinin, ictimai təşkilatların rolu bu işdə böyük olmalıdır. Çünki məlum olduğu kimi ətraf mühitin çirklənməsində insan faktoru böyük rol oynayır.

Ekoloq alim bildirib ki, nadir qapalı su hövzəsi olan Xəzər təkcə zəngin neft yataqları ilə məşhur deyil, həm də geniş biomüxtəlifliyə malikdir. Ondan düzgün istifadə ölkənin gəlir mənbəyini daha çox genişləndirə bilər. Amma təəssüf ki, biz hələ də imkanlarımızı kifayət qədər genişləndirə bilməmişik.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: