Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

19.08.2022 16:42
  • A-
  • A
  • A+

MEK-də Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş sərgi keçirilir

MEK-də Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş sərgi keçirilir

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan ədəbiyyatı tarixinin görkəmli nümayəndələrindən biri olan Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə sərgi keçirilir.

İki həftə müddətində davam edəcək sərgidə Azərbaycan bədii təfəkkürünün qabaqcıl simalarından olan Natəvanın özünün müəllifi olduğu əsərlərlə yanaşı, onun haqqında yazılmış kitab, məqalə, jurnal, qəzet materialları da nümayiş etdirilir. Ədəbiyyatlar sırasında “Xurşidbanu Natəvan”, “Xurşidbanu Natəvan. Əsərləri”, “Neçin gəlməz” (Xurşidbanu Natəvan), “Natəvanın şair qohumları” (Bəylər Məmmədov) və digərləri yer alıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: