Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜSAHİBƏLƏR

Coğrafiyaçı alim Xəzər dənizində boğulmaların artması ilə əlaqədar müsahibə verib
25.08.2022 11:26
  • A-
  • A
  • A+

Coğrafiyaçı alim Xəzər dənizində boğulmaların artması ilə əlaqədar müsahibə verib

Coğrafiya İnstitutunun Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Xəzər dənizində boğulmaların artma səbəblərini araşdıran Baku TV-yə müsahibə verib.

Xəzərin dünyada ən təlatümlü dənizlərdən hesab edildiyini vurğulayan alim sahillərdə dalğanın hündürlüyünün 10-12 metrə çatdığını diqqətə çatdırıb. O bildirib ki, iqlimlə əlaqədar ilin 250 günü dənizdə küləkli hava müşahidə edilir ki, nəticədə suda uçqun, yarğan və burulğanlar əmələ gəlir. Burulğanlar şimal küləyi əsərkən dalğa hansı sürətlə sahilə gəlirsə həmin istiqamətdə də suyun altı ilə əks olunması nəticəsində yaranır və həmin ərazidə suda olan şəxs boğulma təhlükəsi ilə üz-üzə qalır.

Ə.Əliyevin sözlərinə görə Xəzər dənizinin duzluluq dərəcəsi okean və digər dənizlərlə müqayisədə xeyli azdır; məsələn Aralıq dənizi ilə müqayisədə Xəzərin 1 litr suyunda  12 qram duz varsa, bu, Aralıq dənizində 40-45 qram təşkil edir. Xəzərdə çimərkən suyun elə bil insanı aşağıya doğru çəkməsi təsəvvürü yaranır. Ona görə də bunu nəzərə alaraq ehtiyatı əldən vermək olmaz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: