Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

31.08.2022 10:28
  • A-
  • A
  • A+

AMEA-nın müxbir üzvü Zaqatala gəncləri ilə görüşüb

AMEA-nın müxbir üzvü Zaqatala gəncləri ilə görüşüb

Coğrafiya İnstitutunun böyük elmi işçisi, AMEA-nın müxbir üzvü Rauf Qardaşov Zaqatala Heydər Əliyev Mərkəzində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Zaqatala nümayəndəliyinin birgə təşkil etdiyi görüşdə iştirak edib.

Zaqatala gəncləri ilə görüşən alim onlara öz elmi nailiyyətlərindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən, karyerasında əldə etdiyi uğurlardan və bu uğurları qazanmaq üçün keçdiyi çətinliklərdən danışıb. AMEA-nın müxbir üzvü gənclərin gələcək karyeralarını uğurlu qurmaları üçün onlara dəyərli tövsiyələr verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: