Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

31.08.2022 17:08
  • A-
  • A
  • A+

“Azərbaycanda iqlim dəyişkənliyinin bitki örtüyünə təsiri” adlı seminar keçirilib

“Azərbaycanda iqlim dəyişkənliyinin bitki örtüyünə təsiri” adlı seminar keçirilib

Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurası “Azərbaycanda iqlim dəyişkənliyinin bitki örtüyünə təsiri” adlı online seminar təşkil edib.

Seminarın açılışında b.ü.f.d, dosent Minarə Həsənova mütəmadi olaraq elmi ezamiyyətlərdən alınmış nəticələrə əsasən, Azərbaycan meşə örtüyündə baş verən illik dəyişkənliklər barədə danışıb. B.ü.f.d, dosent Samirə Bağırova Abşeron torpaq örtüyünün deqredasiyası, səhralaşma problemləri və bu problemlərə qarşı dövlət tədbirləri haqqında gənclərə məlumat verib.

Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəsislər Şurasının sədri Leyla Atayeva, sədr müavini Aydan Ağamalıyeva, b.ü.f.d., dosent Mehriban Qafarova, elmi işçilər Aynur Hüseynova, Elnarə Salahova seminarda çıxış ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: