Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

09.09.2022 14:55
  • A-
  • A
  • A+

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Biofizika İnstitutunun Elmi şurasının iclası keçirilib

Sentyabrın 9-da Biofizika İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclası institutun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov açaraq tədbirin gündəliyindəki məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

İclasda ilk olaraq 2022/2023-cü tədris ilində Biofizika İnstitutunun qarşısında duran vəzifələrə dair fikir mübadiləsi aparılıb. Məsələ ilə bağlı çıxış edən O.Qasımov görüləcək işləri və qarşıdakı hədəfləri açıqlayıb, yeni tədris ilinin başlaması münasibətilə şura üzvlərinə uğurlar arzulayıb.

Sonra institutun I və II kurs magistrant tələbələrinin 2022/2023-cü tədris ilinin I semestri üçün “Biofizika” ixtisası üzrə nəzərdə tutulmuş ixtisas və ixtisaslaşmaya ayrılan fənlərin, eləcə də seçmə fənlərin proqram və sillabusları, dərs cədvəlləri müzakirə olunaraq təsdiq edilib.

Daha sonra 2022/2023-cü tədris ilində AMEA-nın magistrantlarının hazırlığı üzrə qəbul planına uyğun olaraq Biofizika İnstitutuna qəbul olmuş magistrantların elmi rəhbərlərinin təyini və onların dissertasiya mövzularının təsdiq edilməsi məsələsinə baxılıb. Biofizika İnstitutunda magistratura səviyyəsində tədrisin təkmilləşdirilməsi istiqamətində elmi rəhbərlərə və iclasa dəvət olunan magistrantlara müvafiq tapşırıq və tövsiyələr verən Oktay Qasımov qeyd edib ki, yeni tədris ili ərzində dərslərin gedişatı haqqında müəllim və magistrantlarla mütəmadi olaraq görüşlər təşkil olunacaq, tələbələrin dərslərə davamiyyəti, biliyin mənimsənməsi səviyyəsinə ciddi nəzarət ediləcək.

Sonda Biofizika İnstitutunun 2023-cü il üçün fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya qəbul planı müzakirə olunub. Qeyd olunub ki, növbəti tədris ilində fəlsəfə doktoru hazırlığı üzrə 1 nəfərin dissertanturaya, 1 nəfərin isə doktoranturaya qəbul edilməsi nəzərdə tutulub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: