Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

12.09.2022 16:10
  • A-
  • A
  • A+

Neft və Qaz İnstitutunda magistrantlarla görüş keçirilib

Neft və Qaz İnstitutunda magistrantlarla görüş keçirilib

Neft və Qaz İnstitutunun I kurs magistrantları ilə görüş keçirilib.

Görüşün keçirilməsində məqsəd magistrantlarla tanışlıq, cari ilin tədris prosesində təhsilin təşkili və davamlılığının təmin edilməsi olub.

Görüşdə institutun icraçı direktori, professor Vaqif Qurbanov, Təhsil şöbəsinin müdiri Arif Hüseynov və Neft və Qaz İnstitutunun I kurs magistrantları iştirak ediblər.

Tədbiri V.Qurbanov açaraq institutda magistratura təhsilinin təşkili, əldə edilən uğurlar və Akademiyanın rəhbərliyi tərəfindən magistrantlara göstərilən diqqət və qayğı haqqında danışıb. Bildirib ki, gənclərin Akademiyaya, elmə marağı artır və ona görə də AMEA-nın magistraturasına qəbul olmaq istəyənlərin sayı ildən-ilə çoxalır. Həmçinin doktorantura və dissertanturaya qəbul imtahanlarında AMEA-nın magistrlərinin əla nəticə göstərmələri barədə danışıb və bunun Akademiyada tədris prosesinin yüksək səviyyədə aparıldığının bariz nümunəsi olduğunu bildirib.

Sonra müəssisənin Təhsil şöbəsinin müdiri Arif Hüseynov tədris prosesinin gedişi haqqında məlumat verərək tələbələri cari tədris məsələləri və dərs cədvəli ilə bağlı bir sıra zəruri metodiki xarakterli məlumatlarla tanış edib.

Sonda magistrantların təklifləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: