Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

Şərqşünaslıq İnstitutunun aliminin məqalələri Avropanın mötəbər elmi nəşrlərində dərc edilib
13.09.2022 12:19
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun aliminin məqalələri Avropanın mötəbər elmi nəşrlərində dərc edilib

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərovanın məqalələri Avropanın mötəbər elmi nəşrlərində dərc olunub.

Alimin “Qadınların diskriminasiyası ərəb ölkələrini geridə qoyan amil kimi bədii ədəbiyyatda” adlı məqaləsi Almaniyanın “German International Journal of Modern Science” elmi nəşrində, “XXI əsrin əvvəllərində Misir ictimai-siyasi reallıqlarının “kəpənək effekti”nin bədii ədəbiyyatda ifadəsi” adlı məqaləsi isə Çex Respublikasının “Sciences of Europe” elmi nəşrində işıq üzü görüb.

Qeyd edək ki, sözügedən nəşrlər Index copernicus, EBSCO, CiteFaktor, Library.ru, İSSUU və digər nüfuzlu beynəlxalq bazalara daxildir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: