Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

19.09.2022 11:24
  • A-
  • A
  • A+

Radiasiya Problemləri İnstitutunun iclasında Kəlbəcərdə aparılmış monitorinqlə bağlı məsələyə baxılıb

Radiasiya Problemləri İnstitutunun iclasında Kəlbəcərdə aparılmış monitorinqlə bağlı məsələyə baxılıb

AMEA-nın Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi şuranın növbəti iclası keçirilib.

İclasda əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən institutun baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

Əvvəlcə institut üzrə illik hesabatlara hazırlıq və işğaldan azad edilmiş ərazilərimizdə, Kəlbəcər zonasında aparılmış monitorinq haqqında məsələlərə baxılıb.

Sonra Azərbaycan Respublikası Prezidentinin 10 oktyabr 2017-ci il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası”nın 2.2 və 2.3-cü bəndlərinə uyğun olaraq 2023-cü il üçün Nazirlər Kabinetinin iş planına dair təkliflərin hazırlanması, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın icrası ilə əlaqədar AMEA-nın vəzifələri, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərmanının icrası haqqındakı məsələlər müzakirə edilib.

Daha sonra institutun Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, böyük elmi işçi vəzifəsinə elan olunmuş müsabiqə iştirakçıları, müəssisədə 2022-ci il üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri, eləcə də cari ildə keçiriləcək “Radiasiya texnologiyaları və radiasiya təhlükəsizliyi” adlı konfrans haqqındakı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

İclasın sonunda müəssisənin Yarımkeçiricilərin radiasiya fizikası laboratoriyasının əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Rəxşanə Məmişovanın hazırladığı “Darzolaqlı yarımkeçiricilərdə radiasiya effektləri” adlı monoqrafiyanın nəşrinə icazə verilməsi, cari ildə keçirilmiş institut əməkdaşlarının attestasiyasının son nəticələri və digər cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: