Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

21.09.2022 10:05
  • A-
  • A
  • A+

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları tərəfindən fitopotoloji monitorinqlər keçirilib

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları tərəfindən fitopotoloji monitorinqlər keçirilib

AR Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasının kiçik elmi işçiləri Nərgiz Bayramova və Aysel Mədədli Salyan, Cəlilabad və Masallı rayonlarında ezamiyyətdə olublar.

Bitkilərdə yayılmış virus və fitoplazma xəstəliklərinin vaxtında və düzgün diaqnostikasını həyata keçirmək məqsədilə 12-13 sentyabr tarixlərində Salyan, 14-15 sentyabr tarixlərində Cəlilabad, 16-17 sentyabr tarixlərində isə Masallı rayonlarında yerləşən müxtəlif fərdi təsərrüfatlarda, həyətyanı sahələrdə və bağlarda fitopotoloji monitorinqlər həyata keçirilib. Monitorinqlər zamanı üzüm, tomat və bibər bitkilərində virus və fitoplazma xəstəliklərinin xarakterik simptomları müəyyən edilərək, xəstəliklərin ilkin vizual diaqnostikası və  müşahidə edilən ərazilərin fitopatoloji qiymətləndirilməsi həyata keçirilib.

Toplanmış nümunələr molekulyar tədqiqatlar aparılması məqsədilə Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bioadaptasiya laboratoriyasına gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: