Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

23.09.2022 17:07
  • A-
  • A
  • A+

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının iclası keçirilib

Sentyabrın 23-də AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Əvvəlcə vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz ruhu bir dəqiqəlik sükutla yad edilib.

İclası institutun baş direktoru, t.e.d., professor Abbas Seyidov açaraq tədbirin gündəliyi barədə iştirakçılara məlumat verib.

Gündəlikdə duran birinci məsələ - “27 sentyabr – Zəfər salnaməsinə aparan yol” haqqında baş direktor çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun “Dəmir Yumruq” əməliyyatına başlamasından iki il ötür. 44 günlük Vətən müharibəsinin ilk günlərindən hücum taktikasını əsas götürən ordu birləşmələrimiz 4-25 oktyabr 2020-ci il tarixlərində, 21 gün ərzində - Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini və ətraf ərazilərdəki yaşayış məskənlərini, bir sıra yüksəklikləri düşməndən azad etdi. Noyabr ayının 8-də Şuşa işğalçılardan azad olundu. 10 noyabrda Ermənistan təslimçilik aktına imza atdı. Amma Ali Baş Komandanın Laçın şəhərində Azərbaycan bayrağını ucaltdıqdan sonra söylədiyi kimi, ermənilər yenə də vaxt udmaqla, təxribatçılıqla məşğuldurlar. Azərbaycan Ordusu onların təxribatçı əməllərinin qarşısını almağa hər zaman qadirdir. Allah şəhidlərimizə rəhmət eləsin!

Sonra 2022/2024-cü illər “Arxeologia və etnoqrafiya” və “Mədəni antropologiya” ixtisaslaşmaları üzrə magistratura təhsilinə qəbulun nəticələri haqqında t.ü.f.d. S.Aşurov məlumat verib.

İclasda, həmçinin 2022-ci il “Arxeologiya”, “Etnoqrafiya və Etnologiya” ixtisasları üzrə elmlər və fəlsəfə doktoru hazırlıqları üçün doktorantura və dissertanturaya qəbul edilmiş iddiaçıların dissertasiya mövzuları təsdiqlənib.

Bundan əlavə, t.ü.f.d, dosent C.Eminli və t.ü.e.d. V.Mahmudovanın 2022-ci ildə apardıqları arxeoloji tədqiqatların qısa hesabatı dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: