Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

26.09.2022 09:53
  • A-
  • A
  • A+

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları rayonun bir sıra kəndlərində ekspedisiyada olublar

Şəki Regional Elmi Mərkəzinin əməkdaşları rayonun bir sıra kəndlərində ekspedisiyada olublar

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) Folklorşünaslıq və el sənətləri şöbəsinin əməkdaşları İradə Yusifova, Tural Adışirinov və Adışirin Xəlilov Şəkinin Qoxmuq kəndində ekspedisiyada olublar.

Ekspedisiya üzvləri əvvəlcə Qoxmuq kənd icra nümayəndəliyinin sədri İbrahim İsayev və kəndin “Folklor evi”nin direktoru Fazil Məmmədovla görüşüblər.

Kənd ziyalıları kəndin yaranma tarixi, əhalisinin məşğuliyyəti, adət-ənənələri və folkloru barədə ŞREM əməkdaşlarına məlumat veriblər.

Daha sonra kənd ağsaqqalı, folklor bilicisi kimi tanınan Bahadur Seyidovla söhbət aparılıb, maraqlı məlumatlar əldə olunub.

Həmçinin Qoxmuq kənd sakini olmuş Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin direktoru Elşən Zəkəriyyəbəyli ilə muzeydə görüş keçirilib. E.Zəkəriyyəbəyli Qoxmuq kəndi və onun folklor örnəkləri haqqında eşitdiklərini, gördüklərini, bildiklərini mərkəzin əməkdaşları ilə bölüşüb.

Sentyabırn 21-də isə qeyd edilən şöbə əməkdaşları ilə yanaşı, Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayevin də iştirakı ilə Şəkinin Böyük və Kiçik Dəhnə kəndlərinə ekspedisiya təşkil edilib.

Ekpedisiya üzvləri Kiçik Dəhnə kəndinin icra nümayəndəsi Ayaz Əliyev və kəndin “Diyarşünaslıq klubu”nun direktoru Sadiq Hüseynovla görüşüblər. Həmçinin kəndin ağsaqqal ziyalıları Hamil Süleymanov və Namizəd Xalidoğlu ilə aparılan söhbət zamanı dəyərli folklor nümunələri əldə edilib.

Daha sonra 83 yaşlı Böyük Dəhnə kənd sakini Oktyabr Rəşidovla görüş keçirilib, müdrik el ağsaqqalı bildiyi folklor örnəklərini əməkdaşlarla bölüşüb.

Ekspedisiya işlərinin ilin sonunadək davam etdirilməsi nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: