Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

27.09.2022 11:45
  • A-
  • A
  • A+

Dendrologiya İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Dendrologiya İnstitutunda 27 Sentyabr - Anım Günü ilə əlaqədar tədbir keçirilib

Dendrologiya İnstitutunun Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və 44 günlük Vətən müharibəsində canlarından keçən bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institutun Həmkarlar İttifaqı Komitəsinin sədri Tünzalə Zeyvəliyeva haqq savaşında Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində qazanılan zəfərdən, Azərbaycan xalqının birliyindən, ordumuzun qüdrətindən və qəhrəman oğulların igidliyindən söz açıb. Son damla qanına qədər vuruşaraq Azərbaycan xalqına bu zəfəri yaşadan şəhidlərin hər zaman xalqın qəlbində yaşayacaqlarını vurğulayıb. Sonra 22-23 sentyabr 2022-ci il tarixlərində AMEA-da keçirilən “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın 24 sentyabrda bağlanış mərasimində Şuşada, Cıdır düzündə iştirakından və işğaldan azad olmuş torpaqların necə vəhşiliklə dağıdılmasından, yurdumuzun gözəlliyindən bəhs edən xatirələrini bölüşüb.

Daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Dendrologiya Bağı Publik hüquqi şəxsinin sədr müavini, biologiya üzrə fəlsəfə doktoru Samirə Bağırova çıxış edərək 44 günlük haqq savaşımızdan ətraflı söz açaraq vurğulayıb ki, bu gün Azərbaycan Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərməklə öz tarixi torpaqlarını düşmən tapdağından azad etdi.

İnstitutun baş direktoru vəzifəsini icra edən, biologiya üzrə fəlsəfə doktoru Minarə Həsənova çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Tədbir torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşən əsgərlərin valideynlərinin və gənc alimlərin çıxışı ilə yekunlaşıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: