Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

“Elm” qəzetinin yeni sayı çap olunub
30.09.2022 14:18
  • A-
  • A
  • A+

“Elm” qəzetinin yeni sayı çap olunub

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin yeni sayı işıq üzü görüb.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Hüseyn Cavidin 140 illiyinin qeyd edilməsi haqqında sərəncamları yer alıb.

Bundan əlavə, AMEA-nın Rəyasət Heyətinin Anım gününə həsr olunan tədbiri, AMEA-nın Rəyasət Heyətində GEANT Assosiasiyasının baş direktoru ilə görüş, Bakıda keçirilən “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar konfransı”, AMEA-nın Rəyasət Heyətinin iclası, “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi, “İlham Əliyev yeni tarixin mükəmməl yol xəritəsini çəkir” sərlövhəli məqalə, müsabiqə, elanlar və s. informasiyalarla tanış ola bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: