Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

07.10.2022 14:50
  • A-
  • A
  • A+

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib.

İclası İSİ-nin baş direktoru, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb, ilk mövzu ilə bağlı məruzə etmək üçün sözü İSİ-nin icraçı direktoru, AMEA-nın müxbir üzvü Əminağa Sadıqova verib. 

Ə.Sadıqov müxtəlif tədqiqatların, layihələrin, təyin olunmuş zaman çərçivəsində sistemli şəkildə həyata keçirilməsi, səmərəli nəticələrin əldə olunması baxımından fəaliyyət planının önəmini vurğulayıb. Alim 2023-cü ildə İdarəetmə Sistemləri İnstitutunda aparılacaq elmi tədqiqat işlərinin planından bəhs edərək mövcud prioritet elmi istiqamətlər və gələcək hədəfləri nəzərə çatdırıb.

Sonra İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva 2022-ci il üzrə İdarəetmə Sistemləri İnstitutunun fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturasına qəbulun əyani, qiyabi nəticələrini şura üzvlərinin diqqətinə çatdırıb. Elmi şura üzvləri tərəfindən plan yerləri, dissertasiya mövzuları və digər cari məsələlər müzakirə olunub, səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.

Gündəlikdən irəli gələn növbəti mövzu ətrafında çıxış edən institutun elmi katibi Zəhra Əzizova fəlsəfə və elmlər doktoru hazırlığı üzrə doktorant və dissertantların attestasiyasının nəticələri haqqında məlumat verib, məsələnin icrası istiqamətində təkliflər səsləndirilib.  

Tədbirdə akademik Ə.Abbasov çıxış edərək İSİ alimlərinin yubileyləri haqqında növbəti məsələni şura üvzlərinin diqqətinə çatdırıb, görkəmli alimlərin elmi və pedaqoji fəaliyyətləri, Azərbyacan elminə bəxş etdikləri töhfələrdən ətraflı şəkildə söz açıb, onlara zəngin elmi yaradıcılıqlarında yeni müvəffəqiyyətlər arzulayıb. Elmi şura tərəfindən t.ü.f.d., dosent Rauf Qədimov və i.ü.f.d., dosent Rəhilə İbrahimovanın 80, t.e.d., dosent Fəhrad Paşayevin 70, AMEA-nın müxbir üzvü, t.e.d., professor Əminağa Sadıqov və t.e.d., professor Elçin Əliyevin 60 illik yubileylərinin keçirilməsi haqqında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib. 

Daha sonra İntellektual qərar qəbuletmə üsulları və kompüter sistemləri laboratoriyasının müdiri, t.e.d. Elçin Əliyev AR Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncamından irəli gələn vəzifələri nəzərə çatdırıb. Alim II Qarabağ müharibəsi nəticəsində azad olunan ərazilərdə, o cümlədən Zəngilan Rayonunun Ağalı kəndində həyata keçirilən yenidənqurma işlərindən, regionda yaşayış səviyyəsinin yüksəldilməsinə hədəflənən “Ağıllı kənd” layihəsindən bəhs edib.

Müasir dövrdə enerji ehtiyatlarına qənaətin zəruriliyini vurğulayan E.Əliyev qeyd edib ki, sözügedən konsepsiya nəticəsində Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub, küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə, yüksək sürətli internet təminatı, “ağıllı idarəetmə” kimi müxtəlif layihələr həyata keçirilib. Alim bu sahədə mövcud perspektivlər və beynəlxalq əməkdaşlıqlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Daha sonra gündəlikdən irəli gələn cari  məsələlərə baxılıb, müzakirələr aparılaraq müvafiq qərarlar qəbul edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: