Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2022 14:16
  • A-
  • A
  • A+

Geologiya və Geofizika İnstitutunda cari ildə tamamlanmış elmi-tədqiqat işləri müzakirə edilib

Geologiya və Geofizika İnstitutunda cari ildə tamamlanmış elmi-tədqiqat işləri müzakirə edilib

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutunun (GGİ) Elmi şurasının iclasında 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabatların müzakirəsi aparılıb.

“Qarabağ ərazisinin geologiyası və geofiziki sahələri (yeni məlumatlar əsasında)” mövzusu üzrə “Dağlıq Qarabağın azad edilmiş ərazilərində müasir texnologiyadan istifadə etməklə radioaktiv çirklənmə zonalarının müəyyənləşdirilməsi və tədqiqi” (2021-2022) adlı tədqiqat işi barədə AMEA-nın müxbir üzvü Çingiz Əliyevin hesabatı dinlənilib, suallar cavablandırılıb və hesabat qəbul edilib.

Həmin mövzu üzrə “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki  üsullarla və aerokosmik məlumatlar əsasında aşkar edilməsi” (2021-2022) haqqında professor Fuad Hacızadə geniş məlumatını iştirakçılara təqdim edib. Mövzuya aid suallar cavablandırılıb.

Bərpa olunan enerji mənbələri sahəsində aparılan fənlərarası tədqiqatlar haqqında “Azərbaycan Respublikasının dağlıq ərazilərində Günəş və geotermal, Xəzər dənizinin sahil zonasında külək və dalğa enerji potensialının paylanmasının qiymətləndirmə metodunun işlənilməsi və bu enerji növlərindən rasional istifadənin fundamental və tətbiqi əsaslarının yaradılması” (2021-2022) barədə AMEA-nın müxbir üzvü Rauf Qardaşov geniş hesabat verib.

İclasda daha sonra Dissertasiya şurasının fəaliyyəti haqqında t.ü.f.d. Dilquşa Mirzəyeva, kadr hazırlığı haqqında y.e.ü.f.d. Səadət Ələkbərova məlumat veriblər.

Tədbirdə, həmçinin I tədris ili magistrantlarının magistr dissertasiya işləri mövzuları təsdiq edilib. 

Sonda akademik Akif Əlizadə 2022-ci ildə tamamlanmış elmi-tədqiqat işləri üzrə hesabat və məlumatlara dair mülahizələrini diqqətə çatdırıb daha səmərəli fəaliyyət istiqamətində tövsiyələrini səsləndirib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: