Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

17.10.2022 16:29
  • A-
  • A
  • A+

Arxeoloq alimlər beynəlxalq konfransda iştirak ediblər

Arxeoloq alimlər beynəlxalq konfransda iştirak ediblər

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçiləri - tarix üzrə fəlsəfə doktoru, dosent Şamil Nəcəfov, tarix üzrə fəlsəfə doktoru, dosent Dmitriy Kiriçenko və tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadə Qazaxıstan Respublikasının Türküstan şəhərində keçirilən V beynəlxalq “Avrasiya çöllərinin arxeologiyası (“Археологии Евразийских Степей”) adlı konfransda iştirak ediblər.

Qazaxıstan Respublikası Təhsil Nazirliyinin Elm Komitəsinin təşkilatçılığı ilə hibrid formatda baş tutan konfransda Ş.Nəcəfov “Yastıtəpə qədim yaşayış yerinin daş məmulatı”, D.Kiriçenko “Masallı rayon tarix-diyarşünaslıq muzeyində saxlanılan daş toppuzlar” və A.Ağalarzadə “Bir əqiq daşı möhür üzərindəki zebu (hind donqar öküzü) təsviri incəsənətdə (etno-arxeoloji tədqiqat)” mövzularında məruzələrlə onlayn formatda çıxışlar ediblər.

Tədqiqatçıların çıxışları konfrans iştirakçıları tərəfindən maraqla dinlənilib.  

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: