Bakı şəhəri Sabunçu rayonu 74 saylı orta məktəbin 9-cu sinif şagirdləri Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Analitik kimya, Nanoelektrokimya və elektrokataliz, Monooksigenaz reaksiyalarının modelləşdirilməsi, Keçid elementlərinin xalkogenidləri və Metal-üzvi birləşmələr əsasında nanokatalizatorlar laboratoriyalarında mövcud olan qurğu və müasir cihazlarla tanış olublar.
Analitik kimya laboratoriyasının əməkdaşları tərəfindən kimya gecələri üçün nəzərdə tutulan maraqlı reaksiyalar şagirdlərə əyani şəkildə göstərilib. Şagirdlər çox maraqlı bidistillə suyun alınması qurğusu, axınlı reaktor sistemli qazfazalı oksidləşmə reaksiyalarının aparıldığı qurğu ilə ətraflı tanış olublar. Həmçinin spektrofotometr, atom-absorbsiya və xromatoqraf cihazlarının iş prinsipi haqqında müəyyən məlumat alıblar.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.