Dendrologiya İnstitutu İctimaiyyətlə əlaqələr, Beynəlxalq əlaqələr, Elm və təhsil şöbələri və Gənc Alim və Mütəxəssislər Şurası 2022-ci ilin elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatını verib.
İnstitutun Beynəlxalq əlaqələr şöbəsi çoxşaxəli fəaliyyət istiqamətlərinin layihələri, əməkdaşlıq sənədləri, qurumlarla əlaqələr, beynəlxalq institutlararası birgə əməkdaşlıq müqavilələri, tədbirlər, görüşlər haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sözügedən müəssisənin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tünzalə Zeyvəliyeva yaradıcılıq imkanlarının daha da gücləndirilməsi ilə bağlı əyləncəli, metodik layihələrdən, keçirilən müxtəlif tədbirlərdən söz açıb. Dendrologiya İnstitutu haqqında məlumatların, keçirilən tədbirlərin, institut rəhbərliyinin və institutda çalışan elmi işçilərin müxtəlif mövzularda məqalələrinin yerli və xarici KİV-də işıqlandırılmasından, institutun fəaliyyətinə dair məlumatların ictimaiyyətə çatdırılması, institutun rəsmi internet saytının idarə olunması, institut haqqında video materialların, filmlərin, reklam çarxlarının hazırlanması və institutun fəaliyyəti istiqamətində görülmüş işlər barədə ətraflı geniş məlumat verib. Həmçinin “Vikipediya” ensiklopediyasına institutun fəaliyyəti, əməkdaşların elmi əsərləri, eləcə də biologiya elmi haqqında məqalələr, tariximizi əks etdirən məqalələr daxil edilməklə ümumilikdə 5 mindən artıq məqalə vikiləşdirərək və redaktə edildiyi vurğulayıb.
İctimaiyyətlə əlaqələr şöbəsi tərəfindən görülən işlər və mühüm tədbirlərlə bağlı ictimaiyyətin məlumatlandırılması işi həyata keçirilib. Dendrologiya İnstitutu rəhbərliyinin və digər məsul əməkdaşların kütləvi informasiya vasitələrində vaxtaşırı çıxışları, institutun keçirdiyi tədbirlərdə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakının təmin edilməklə Kütləvi informasiya vasitələri ilə işgüzar əməkdaşlıq əlaqələri qurulub, institutun və laboratoriyaların elmi fəaliyyətini əks etdirən video-çarxlar rəsmi səhifə Facebook və Youtube veb səhifələrində işıqlandırılıb. İnstitutun rəhbər şəxslərinin, qabaqcıl alim və mütəxəssislərinin kütləvi informasiya vasitələrində çıxışları təşkil edilib. Ümumilikdə 80 videosujet ictimaiyyətə təqdim olunub, media nümayəndələrinin iştirakı təmin olunmaqla 40 tv müsahibələr (AzTV, TRT, Space, ATV, Xəzər, İTV, ARB) 40 video sujetlər isə ictimaiyyətlə əlaqələr şöbəsinin öhdəliyinə düşüb.
İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilaçlığı ilə Zəfər tv-nin yayımında elmin son yenilikləri və nailiyyətləri, dövrün qloblal problemləri, şəhid və qazilərin tanıdılması yönündə silsilə çəklişlər aparılıb. Ümmilikdə 27 videosujet və veriliş yayımlanır.
Biologiya elminin təbliği, biologiya elmi sahəsində elmi nailiyyətlərin populyarlaşdırılması istiqamətində əməkdaşların müxtəlif televiziya, radio və mətbuat orqanlarında çıxışların təmin edilib.
İnstitutda çalışan alim və mütəxəssislərin apardıqları elmi tədqiqatların, keçirilən elmi seminarlar, yerli və beynəlxalq konfranslarda və ekspedisiyalarda iştirak, aparılan elmi-tədqiqat işləri haqqında ictimaiyyətin məlumatlandırılması məqsədilə institutun 15-dən çox əməkdaşının, müxtəlif televiziya və radio verilişlərində iştirakı, 60-a yaxın müsahibəsinin təşkili təmin olunub. İnstitut əməkdaşları AzTV, TRT, Space, ATV, Xəzər, İTV, ARB və digər televiziya kanallarında mütəmadi olaraq çıxışlar ediblər.
Dendrologiya İnstitutu və laboratoriyaların elmi fəaliyyəti istiqamətində görülmüş işlərlə bağlı 50-dən çox video materiallar, filmlər, reklam çarxları, hazırlanmış ictimaiyyətin ətraflı məlumatlandırılması məqsədi ilə veb portallarda işıqlandırılıb. Cari il ərzində sayta 96 ölkədən 52869 baxış sayı olub.
2022-ci il ərzində institutun fəaliyyətinin elektron mediada işıqlandırılması işi uğurla həyata keçirilib. Ümumilikdə saytda 500 press-reliz müxtəlif Kütləvi informasiya vasitələrində 300 press-reliz isə institutun rəsmi xəbərləri kimi veb saytıda işıqlandırılıb.
Dendrologiya İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Leyla Atayeva çıxışında bildirib ki, hazırda dövlətin həyata keçirdiyi gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi elmi-ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilərək elmi-mədəni, siyasi, iqtisadi, humanitar və digər sosial tədbirlərin reallaşdırılmasında mühüm rol oynayır. O qeyd edib ki, ölkədə yaradılan geniş imkanlar Azərbaycan gəncliyinin cəmiyyətin avanqard qüvvəsinə çevrilməsinə imkan yaradıb. Şura sədri institutun həyata keçirdiyi tədbirlərdən, elmi tədqiqatlardan və əldə olunan nailiyyətlərdən danışıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.