Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şərqşünaslıq İnstitutunun əməkdaşı İranda keçirilən beynəlxalq konfransda məruzə edib
14.05.2025 16:37
  • A-
  • A
  • A+

Şərqşünaslıq İnstitutunun əməkdaşı İranda keçirilən beynəlxalq konfransda məruzə edib

AMEA-nın Şərqşünaslıq İnstitutunun İran filologiyası şöbəsinin elmi işçisi Fidan Nəsirova İranda keçirilən I Beynəlxalq Persepolis Elmi Araşdırmalar və İnnovasiyalar konfransında onlayn iştirak edib.

“Həyat təcrübələrinin paremik vahidlərdə əksi” adlı məruzədə tədqiqat predmeti kimi Məhəmməd Mirkiyaninin “Raz-e məsəlha-ye ma” (Bizim məsəllərimizin sirri) əsəri təhlilə cəlb edilib, özündə dərin mənaları ehtiva edən, cild-cild kitablar dolusu hikməti daşıyan bu el yaradıcılığı nümunələrinin yaranma mənbələri, etimologiyası, tədqiqi tarixi ilə əlaqəli məlumatlar əksini tapıb. Qeyd olunub ki, hər bir xalqın milli təfəkküründə cilalanmış tarixi təcrübənin, bədii idrak və təxəyyülün təsdiqi olan ataların sözləri digər tərəfdən milli olduğu qədər də bütün insanlığa xitabı ilə əlaqədar ümumbəşəridir.

Məruzə konfrans iştirakçılarının böyük marağına səbəb olub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: