Türkiyənin Ege Universitetinin professoru İsmail Türkan Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini ziyarət edib.
Muzeyin əməkdaşı Mehriban Vəliyeva qonağı sözügedən müəssisə ilə tanış edib, Azərbaycanın qədim mədəniyyət beşiyi olan Qarabağda yerləşən Azıx mağarasından başlayaraq III-VII əsrlərə aid maddi mədəniyyət nümunələri, Dədə-Qorqud dövrünün arxeologiyası, coğrafiyası, musiqi mədəniyyəti, eləcə də IX-XIII əsrlər Azərbaycan ədəbiyyatının və fəlsəfi fikrinin yüksəlişini göstərən rəsm əsərləri, qədim kitablar, dekorativ-tətbiqi sənət nümunələri barədə məlumat verib. Həmçinin orta əsrlər Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən Məhsəti Gəncəvi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və digər klassiklər barədə məlumatlar türkiyəli professorun diqqətinə çatdırıb.
İsmail Türkan muzeydəki nadir xalçaları seyr edib, Üzeyir Hacıbəylinin yaradıcılığı ilə yaxından maraqlanıb.
Türkiyəli professor muzeyin “Rəylər kitabı”nda təəssüratlarını bölüşüb. O, Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olma fürsəti qazandığı üçün məmnunluğunu bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.