Özbəkistan Dövlət Tarix Muzeyi, AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə onlayn formatda “Mədəni irs obyektlərinin qorunması və istifadəsi: nəzəri və tətbiqi istiqamətlər” mövzusunda beynəlxalq konfrans keçirilib.
Konfransı giriş sözü ilə Özbəkistan Dövlət Tarix Muzeyinin direktoru, t.e.d., professor Jannat İsmayılova açaraq, iştirakçılara uğurlar arzulayıb.
Sonra Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru, t.e.d., professor Abbas Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu ilin iyun ayında Özbəkistana işgüzar səfərindən sonra digər sahələrlə yanaşı, elmi əməkdaşlığın da uğurla davam etməsindən, son 150 ildə Azərbaycanda arxeologiya elminin uğurlarından danışıb. İnstitutun elmi katibi, Numizmatika və Epiqrafika şöbəsinin müdiri, t.ü.f.d. Akif Quliyevin müştərək hazırlanan “Монеты Султана Кара Юсифа 821-213 гг.х. (1418-1420 гг.н.э.)” adlı məruzəsi dinlənilib.
Özbəkistandan olan alimlər – t.e.d. Darmancan Kurzayeva “Проблемы сохранения и музеефикации археологических памятников”, t.ü.f.d. Alfiya Musakayeva “О весовых стандартах монет Хорезма и западного Согдa”, t.ü.f.d. Otabek Aripcanov “Археолого-геофизические исследования памятников юга Узбекистана (на примере городищ Дальварзинтепа и Хайрабодтепа” və prof. Munisa Muxammadova “Развитие музейного туризма в Узбекистане во второй половине XX века” adlı məruzələrlə çıxış ediblər.
Daha sonra Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika fondunun müdiri, t.ü.f.d. Aygün Məmmədovanın “О золотых динарах Юсифа ибн Дивдада, найденных в Азербайджане и Узбекистане”, t.ü.f.d. A.Quliyev və prof. A.Seyidovun “Монетное дело и денежное обращение Карабахского ханства”, elmi işçilər t.ü.f.d. Leyla Rüstəmovanın “Археологические памятники Карабаха”, Bədircahan Məmmədovanın “Об археологических находках поздней бронзы – раннего железа, найденных на территории Кахского района Азербайджана” və t.ü.f.d. Emin Məmmədovun “O значимости музеев в современном мире” adlı məruzələri maraqla dinlənilib.
Sonda Abbas Seyidov özbəkistanlı həmkarları ilə gələcək əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.