Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

03.11.2022 11:40
  • A-
  • A
  • A+

“Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb

“Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb

Noyabrın 3-də AMEA-nın Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Şuşa ili”nə həsr olunmuş “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.

Forumun açılış mərasimi AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başlayıb.

Tədbirdə Qafqazşünaslıq İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlı “Cənubi Qafqaz: problemlər və perspektivlər” adlı məruzə ilə çıxış edib.

Daha sonra konfrans öz işini respublikanın 81 nəfər alim və tədqiqatçısının 44 günlük Vətən müharibəsi, qazanılan qələbədən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqlar, ictimai-siyasi proseslər, böyük və qonşu dövlətlərin region siyasəti, Cənubi Qafqazda Şuşa şəhərinin yeri və b. problemlərə həsr edilmiş məruzəsinin 8 bölmə iclasında müzakirəsi ilə davam etdirir.

Qeyd edək ki, Qafqazşünaslıq İnstitutu 2017-ci ildən bəri 4 beynəlxalq forum, 6 respublika konfransı keçirib. Elmi məruzələr və tezislər nəşr edilib. Alimlərinin əsərləri yüksək reytinqli beynəlxalq elmi jurnallarda dərc olunub. Müəssisədə  2elmi istiqamət üzrə, 2 problem, 5 mövzuya dair 14 tədqiqat işi aparılır. Üç dildə nəşr olunan “Qafqazşünaslıq” elmi-nəzəri jurnalı iki beynəlxalq indeksə daxildir. İnstitutun Azərbaycan, rus və ingilis dillərində veb-saytı (www.caucasusstudies.az) fəaliyyət göstərir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: